Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı ABŞ və İran arasında münaqişə ilə əlaqədar Fars körfəzində qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlanacağını bəyan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun baş katibi Arsenio Dominqes bildirib. Qeyd olunub ki, genişmiqyaslı əməliyyat İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dəniz sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.
Dominqesin sözlərinə görə, artıq zəruri təhlükəsizlik zəmanətləri təmin olunub və gəmilərin təhlükəsiz şəkildə keçməsi üçün şərtlər yoxlanılıb.
Vüqar