11 ölkədən Suriyadakı hadisələrlə bağlı BƏYANAT

18.07.2025

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat yayıblar.
“Qafqazinfo” bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir.
Adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriyaya qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib.
Bundan başqa, hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı vurğulanıb.
Nazirlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə yenidənqurma prosesində dəstək verməyə çağırıblar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью