11 saat qaranlıq qutuda qaldı

14.11.2026

Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyəli model və aparıcı Çağla Şıkel 11 saat qaranlıq otaqda tək qaldığı təcrübədən danışıb.

Axşam.az xəbər verir ki, “Qəlbin gözünü açmaq” məqsədilə təşkil olunan xüsusi inzivaya qatılan Şıkel bu təcrübəni uzun müddət özü ilə baş-başa qalmağa ehtiyac duyduğu üçün yaşamaq istədiyini bildirib.

11 saat boyunca işıqsız otaqda tək qalan model qapı bağlandıqdan sonra ürəyinin sürətlə döyünməyə başladığını deyib. O, həmin an özünə “Daha əvvəl düşünmədiyim nələri düşünməkdən qorxuram ki, ürəyim belə döyünür?” sualını verdiyini söyləyib.

Çağla bu təcrübənin ona təsirindən danışarkən “Bir gün hər kəs özü ilə baş-başa oturacaq. Bunun başqa yolu yoxdur” sözlərini də əlavə edib.

Şıkel bu barədə Sinan Cananın “Açık Beyin” proqramında danışıb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью