11 turda iki texniki məğlubiyyət belə səhlənkarlıq olar? | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. Ölkə çempionatının 2-ci liqasının 11-ci turunda “Dinamo” “Hypers Quba”nı darmadağın
Qubalılar həmin oyunda qalib gəlsəydi belə, hesabına 3 xal yaza bilməyəcəkdi.
Çünki “Dinamo” ilə oyunda meydana adı protokolda göstərilməyən futbolçu çıxmışdı.
Söhbət “Hypers Quba”nın uğurları üçün çalışan Nail Təhməzlidən gedir. Maraqlıdı ki, bu komanda belə halla ikinci dəfə qarşılaşıb.
İlk turda Vüqar Nadirov adı iştirak ərizəsində olmayan Hakan Həsənovu meydana buraxdığına görə qubalılar texniki məğlubiyyət almışdı.
Görəsən, kim buna görə məsuliyyət daşıyır? İlk 11 turda iki texniki məğlubiyyət çox deyilmi?
Bu sualları “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevə ünvanladıq:“Protokolla bağlı məsələyə geniş şərh vermək istəməsək də, bir məqamı qeyd edə bilərəm: kim səhv edibsə, cəzasını alıb.
Belə halların bir daha baş verməməsi üçün lazımi tədbirlər görülüb.
Tam oxu
Xəbəri oxu