11 yaşlı Nuray 17 kiloqrama qədər arıqlayıb: İki ağır xəstəlikdən əziyyət çəkir | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. 11 yaşlı Nurayın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Səbinə Salahova məlumat verib.
O bildirib ki, övladı serebral iflic və ürək xəstəliklərindən əziyyət çəkir: "Nurayın 11 yaşı var.
O doğulanda həkimin əlindən düşdüyü üçün beyni zədələnib, sol tərəfi iflic olub. Həmin gündən də Nuray müalicələrə başlayıb.
Beyin işləmədiyi üçün bağırsaqlar da işləmir, hər ay Nuray üçün Türkiyədən dərmanlar gətizdiririk.
Nurayın ürəyində yırtıq olduğu üçün bir dəfə də ürək əməliyyatı keçirib.
Nuray dəfələrlə sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyədə müayinəyə gedib.
Nurayın dərmanları gecikdikcə vəziyyəti ağırlaşır, 17 kiloqrama qədər düşüb yenə.
Tam oxu
Xəbəri oxu