11 yaşlı uşaq dünyanı heyrətə gətirdi VİDEO

23.12.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol dünyası "Ayaks"ın U-11 komandasının üzvü Zinəddin Çayatdan danışır.

Publika.az xəbər verir ki, yeniyetmə futbolçu Niderland Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilən "Ayaks" - "Telstar" matçından (2:0) əvvəl gündəmə gəlməyi bacarıb.

11 yaşlı Zinəddin matç başlamazdan əvvəl topu 2424 dəfə çiləyib. Onun əzmkarlığı həm futbolçular, həm də azarkeşlər tərəfindən maraqla qarşılanıb. Hər kəs ona dəstək olmağa çalışıb. Nəticədə topçiləmə mərasimi gözləniləndən xeyli uzun çəkib. Hətta "Yohan Kroyff Arena"da keçirilən qarşılaşma da gec başlayıb.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью