11 yaşlı Zinəddin hamını heyrətləndirdi Video

22.12.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderland kubokunun  1/16 finalının “Ayaks” - "Telstar” matçından əvvəl maraqlı hadisə baş verib.

QOL.az xəbər verir ki, dünən keçirilən oyundan öncə meydana Amsterdam klubunun yeniyetmələrdən ibarət komandasının 11 yaşlı oyunçusu Zinəddin Çayat çıxaraq top çiləməyə başlayıb.  

Onun bu məharəti az qala matçın başlamasını gecikdirib. Yeniyetmə futbolçu düz 2424 dəfə topa yerə düşmədən ayaqla toxunuş edib.

Bu zaman hətta əsas komandanın oyunçuları bu heyrətamiz anları izləmək üçün isinmə hərəkətlərini belə dayandırıblar. Sonda o, stadionda sürəkli alqışlarla qarşılanıb. 

Futbolçu məşqçilər korpusunun yanından keçən zaman isə onlar onun təbrik ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью