110 milyon manatlıq Azərbaycan şirkəti digər şirkəti özünə birləşdirir

27.11.2026

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

110 milyon 275 min manat nizamnamə kapitalına malik “Sun Food” MMC “Media Balans” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur.

Marja.az xəbər verir ki, “Sun Food” MMC “Media Balans” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Eyni zamanda, “Media Balans” MMC təsisçisinin qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu açıqlayıb.

Hər iki şirkətin kreditorları öz tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, giriş 134 ünvanına bildirə bilərlər (Azərsun Holdinq MMC-nin yerləşdiyi ünvan). Müvafiq elanlar 26 noyabr 2026-cı il tarixində dərc edilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, 16 may 2003-cü il tarixində dövlət qeydiyyatına alınmış “Sun Food” MMC-nin nizamnamə kapitalı 110 milyon 275 min 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi İrfan Yılmazdır.

2018-ci il aprelin 10-da VÖEN verilmiş “Media Balans” MMC-nin nizamnamə kapitalı isə 50 min manatdır. Şirkətin qanuni təmsilçisi Roya Shadfar İsmayılzadə Mohammad qızıdır.

Hər iki şirkət Bakı şəhərinin Nizami rayonunda, Heydər Əliyev prospektində hüquqi qeydiyyatdadır. “Sun Food” MMC-nin hüquqi ünvanı prospektin 134, “Media Balans” MMC-nin hüquqi ünvanı isə 132 nömrəli binasıdır.

Reyestr məlumatlarına görə, hər iki şirkət aktiv vergi ödəyicisi olmaqla yanaşı, ƏDV qeydiyyatındadır və vergi borcu yoxdur. Həmçinin şirkətlər riskli vergi ödəyiciləri hesab edilmirlər.

Yenidən təşkil prosesinin başa çatmasından sonra “Sun Food” MMC-nin nizamnamə kapitalının dəyişib-dəyişməyəcəyi barədə açıqlamada məlumat verilməyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью