1100 km qət edib keçmiş arvadının sevgilisinin evini yandırdı

20.02.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

ABŞ-da kişi keçmiş arvadının sevgilisinin evini yandırmaq üçün 1100 km yol qət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Miçiqan ştatının Rokford şəhərindən olan Harrison Cons Pensilvaniyada evi yandırmaqda ittiham edilərək həbs edilib. Polisin məlumatına görə, ev onun keçmiş arvadının yeni sevgilisinə məxsus olub.

"O, bu cinayəti törətmək üçün 11 saat ərzində 1100 km-dən çox yol qət edib və sonra birbaşa evə qayıdıb", - deyə polis bildirib.

Yanğın zamanı evdə 6 nəfər olub. İtlərin hürməsi ilə yuxudan oyanan ailə üzvləri yanğının fərqinə varıb və hamısı xilas ola bilib. Bəziləri hətta ikinci mərtəbənin pəncərələrindən özlərini atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью