11000 manatlıq ziyan Xırdalanda gecə yarısı baş verən hadisə

08.01.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.

KONKRET.az xəbər verir ki, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью