Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Barselona” La Liqada VI turda “Rasinq”ə qalib gəlib – 7:2.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisi bununla da bu mövsüm ümumilikdə 7-ci qələbəsini qazanıb. Çempionlar Liqasında bir, La Liqada altı dəfə qalibiyyətə sevinən “Barselona” 111 illik rekordunu da təzələyib.
Kataloniyalılar 1915/16 mövsümündə də ilk yeddi oyunda qələbə qazanmışdı.
“Barselona” 6 turdan sonra 18 xalla La Liqada liderdir.