112 ildən sonra BP Türkiyə bazarını tərk edir

05.11.2024

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dünyanın nəhəng neft şirkətlərindən biri olan BP-nin Türkiyədəki yanacaqdoldurma məntəqələrinin “Petrol Ofisi” şirkətinə təhvil verilməsi prosesi başa çatıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Petrol Ofisi”dən açıqlama verilib.
Bildirilib ki, bu prosesdə “BP Turkey Refining Limited” və “BP Petrolleri AŞ” şirkətlərindəki səhmlərə əlavə olaraq, ATAŞ, Çekisan və Ambarlı birgə müəssisə terminallarının səhmləri də “Petrol Ofisi”nə verilib.
Məlumat üçün bildirək ki, Niderlandın “Vitol” şirkətinə məxsus olan “Petrol Ofisi” ilə BP arasında sövdələşmə ötən il baş tutub. Bu sövdələşməyə əsasən BP Türkiyədəki aktivlərinin böyük bir hissəsini “Petrol Ofisi”nə satıb.
Qeyd edilir ki, “Petrol Ofisi” BP-dən 779 yanancaqdoldurma məntəqəsi satın alıb.
Onu da bildirək ki, BP Türkiyə bazarına ilk dəfə  112 il əvvəl – 1912-ci ildə daxil olub.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью