113 illik məktub fantastik qiymətə satıldı: Nə yazılmışdı? FOTO

27.04.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Titanik”dən sağ çıxan şəxsin məktubu hərracda 400 min dollara satılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, gəmi ilə səyahətə çıxan polkovnik Arçibald Qreys səfər zamanı paroxodla bağlı ilk təəssüratlarını təsvir edən məktub yazıb.

“Bu, gözəl gəmidir, lakin mən onun haqqında hökm çıxarmazdan əvvəl səyahətimin sonuna qədər gözləyəcəyəm”, – burada qeyd olunub.

Nəşrin məlumatına əsasən, məktub kartı 10 aprel 1912-ci il tarixlidir.

“Hərracda nümunənin yekun qiyməti başlanğıcdan beş dəfə yüksək olub. Bu, rekord rəqəmdir”, – deyə əlavə edilib.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью