114 illik tarixin sonu

29.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın köklü klublarından olan “Breşia” rəsmən fəaliyyətini dayandırıb.

Futbolpress.az xəbər verir ki, Breşia Məhkəməsi klub barəsində ləğvetmə proseduruna başlanılması barədə qərar çıxarıb. Bu qərarla komandanın 114 illik tarixinə son qoyulub.

Sözügedən addım klubun maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün peşəkar yarışlardan kənarlaşdırılmasından sonra atılıb. Məhkəmə rəhbərliyin maliyyə bərpası ilə bağlı müraciətini rədd edib.

Hazırda “Breşia”nın ümumi borcu təxminən 20 milyon avro təşkil edir. Klub rəhbərliyi Sandro Tonalinin transferindən gələcək ödənişlər hesabına vəziyyəti qismən düzəltməyə ümid etsə də, bu məbləğ borcları bağlamağa kifayət etməyib.

Məhkəmənin qərarından sonra klub Tonalinin satışından əldə olunmalı gəliri də ala bilməyəcək. Həmin vəsait FİFA-nın xüsusi fonduna köçürüləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью