114 mina, 237 PHS... Ötən həftənin mənzərəsi

13.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən həftə (06.07.2026-12.07.2026) icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, işğaldan azad edilmiş bölgələrdə ötən həftə 54 piyada əleyhinə mina, 60 tank əleyhinə mina, 237 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1421,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью