115 il həbs cəzası alan qaçaq məhkum tutuldu

04.04.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin İstanbul şəhərində 115 il həbs cəzasına məhkum edilən şəxs tutulub.

Ölkə.az “CNN Türk”ə istinadla xəbər verir ki, məhkum 9 il axtarışda olub.

Məlumata görə, İctimai Təhlükəsizlik İdarəsinin Axtarışda olan Şəxslər Bürosunun qrupları Makedoniya əsilli Abdurrahim L-yə qarşı “dələduzluq”, “rəsmi sənədləri saxtalaşdırma” və “Vergi Prosessual Qanununu pozma” cinayətləri ilə bağlı 174 fayl üzərində araşdırma aparıb.

Onun 533 cinayətdə əli olduğu bildirilib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью