“12 ay sonra müharibə bitəcək” İsrailli nazir Qəzzadakı savaşdan danışıb

29.04.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“12 ay sonra 7 oktyabr müharibəsi bitəcək”.

“AzPolitika” xəbər verir ki, bunu İsrailin strateji işlər naziri Ron Dermer deyib.

O, bundan sora daha çox ölkənin İsraillə sülh içərisində olmağı istəyəcəyini, lakin bundan əvvəl qələbə qazanmalı olduqlarını bildirib.

Dermer sözügedən “qələbə”nin konkret tərifini verməyib.

Dermer eyni çıxışında ABŞ-İran danışıqlarına da toxunaraq, “İnanıram ki, prezident Tramp İsrail əleyhinə olacaq bir müqavilə imzalamayacaq”, -deyə qeyd edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью