12 dəqiqəyə 3 qol vurdu

17.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 21-ci turunda "Mançester Yunayted" doğma meydanda "Sauthempton"a qalib gəlib.

Lent.az-ın məlumatına görə, görüş yanvarın 16-da baş tutub və 3:1 hesabı ilə mankunianların xeyrinə başa çatıb.

Qonaqlar ilk hissənin sonunda Manuel Uqartenin avtoqolu sayəsində önə keçsələr də, oyunun sonunda “Mançester Yunayted”in hücumçusu Amad Diallo 12 dəqiqə ərzində het-trik edib.

“Mançester Yunayted” 4 oyunluq qələbəsiz seriyasına son qoyub, 26 xal toplayıb və Premyer Liqada 12-ci pilləyə yüksəlib. “Sauthempton”un 6 xalı var, klub turnir cədvəlinin sonuncu pilləsindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью