12 evlik bu kənd pulsuz verilir

08.09.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


İspaniyanın Qalisiya bölgəsində yerləşən tərk edilmiş kənd pulsuz qiymətə satışa çıxarılıb.

"Bakupost" Metbuat.az-a istinadən xəbər verir ki, O Ribeiro ərazisində yerləşən kənddə ümumilikdə 12 ev və təxminən 1,5 hektar torpaq sahəsi var.

Kəndin satış qiyməti 0 avro müəyyən edilib. Lakin bu, ərazinin tamamilə heç bir xərc olmadan əldə ediləcəyi anlamına gəlmir. Kəndi əldə edən şəxs rəsmi rəsmiləşdirmə xərclərini ödəməli və evlərin bərpasını həyata keçirməlidir.

Ərazidəki 12 evdən 4-ü iki mərtəbəlidir. Bundan başqa, kənddə daş evlərin qalıqları, su quyuları və tarixi körpülər də qorunub saxlanılıb.

Kəndin ekokənd, turizm obyekti və ya istirahət məkanı kimi istifadəsi mümkün hesab olunur.

Kəndin boşalmasının əsas səbəblərindən biri isə 1950-ci illərdə inşa edilən Freira bəndi olub. Su səviyyəsinin yüksəlməsi ilə sakinlər ərazini tədricən tərk ediblər.

Yerli rəhbərlik kəndi yenidən canlandırmaq və bölgədə əhali azalmasının qarşısını almaq məqsədilə bərpa layihəsini həyata keçirə biləcək investor axtarır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью