12 gün xəstəxanada kaldı

28.11.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli müğənni Yavuz Bingöl xəstəxanadan evə buraxılıb.

Axşam.az xəbər verir ki, sənətçi öd kisəsində aşkarlanan daş səbəbindən 12 gündür xəstəxanada müalicə alırdı.

62 yaşlı ifaçının əməliyyat olunması planlaşdırılsa da, analizlər zamanı infeksiya göstəricilərinin yüksək olması səbəbindən müdaxilə təxirə salınmışdı. Həkimlər əməliyyat üçün infeksiya göstəricilərinin aşağı düşməsini gözləyirdilər.

Yavuzun həyat yoldaşı Nilşah Ağaoğlu sosial şəbəkə hesabında paylaşım edərək sənətçinin xəstəxanadan evə buraxıldığını bildirib.

Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью