Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, İranda İsrailə casusluqda ittiham olunan şəxsə çıxarılan ölüm hökmü icra olunub.
“Cebheinfo.az” xəbər verir ki, "Mossad" ilə əlaqəli olduğu iddia edilən şəxsin Kuroş Keyvanin olduğu məlum olub. Onun barəsində edam cəzası İran Ali Məhkəməsinin təsdiqindən sonra yerinə yetirilib. Rəsmilər milli təhlükəsizliyə qarşı fəaliyyətlərə qarşı sərt tədbirlərin davam etdiriləcəyini bildiriblər.
Məlumata görə, Keyvaninin strateji obyektlərin görüntü və məlumatlarını "Mossad"a ötürdüyünə dair aparılan istintaq və məhkəmə prosesi başa çatıb. Onun barəsində çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra edilib.
Bildirilib ki, Keyvani ötən il ABŞ və İsrailin İrana qarşı hücumlarının baş verdiyi iyun ayında, 12 gün davam edən qarşıdurmanın dördüncü günündə saxlanılıb.
Həmin dövrdə İranda İsraillə əlaqədə olduğu iddia edilən onlarla şəxs də təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin