12 günlük müharibənin SİRRİ AÇILDI

28.09.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

 İran ilk dəfə olaraq 12 günlük müharibədə öz raketləri ilə 16 İsrail pilotunu öldürdüyünü rəsmi şəkildə bəyan edib.

“Cebheinfo.az”-ın “Sepah Pasdaran”ın “Telegram” kanalının general-mayor Rəhim Səfəviyə istinadla verdiyi məlumatda belə deyilir.

“Biz komanda və idarəetmə mərkəzlərini vurduq. İranın bir neçə raketi birbaşa İsrail ərazisi daxilində 16-dan çox israilli pilotu öldürüb”, - telekanal iranlı generala istinadən yazıb.

Telekanalın məlumatına görə, Rusiya müharibə zamanı daim koordinasiyada olub.

“İsrailin hava hücumundan müdafiə vasitələrinin təchizatı azalırdı.

Pakistan-Səudiyyə Ərəbistanı paktı irəliyə doğru bir addımdır; İran da qoşulmalıdır.

Qlobal ictimai rəyin təqribən 60%-i İranın bu müharibədə qalib gəldiyinə inanır”, - deyə “Sepah Pasdaran” generala istinadən yazıb.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью