12 ildən sonra ilk dəfə

10.02.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən, fevralın 9-da Braziliyanın Paulista Liqasının 8-ci tur matçında “Novorizontino” və “Santos” komandaları qarşılaşıb. 

News24.az xəbər verir ki, görüşə start heyətdə əfsanəvi ulduz Neymar da yer alıb.

Bu matç Neymarın kluba qayıtdıqdan evdə 12 il sonra isə əsas heyətdə ilk matçı oldu. “Botafoqo San-Paulu” ilə son matçda ikinci hissənin əvvəlində meydana çıxıb.

Maraqla gözlənilən oyun qolsuz bərabərliklə yekunlaşıb. 

Növbəti matçında "Santos" səfərdə "Korintians"la qarşılaşacaq.

Xatırladaq ki, hücumçu bu qış transfer pəncərəsində "Santos"a transfer olunub.

Futbolçunun klubla hazırkı müqaviləsi cari mövsümün sonuna kimidir.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью