12 kənddə qaz olmayacaq KONKRET

16.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Məlumata görə, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью