12 milyardlıq superlayihə ELAN EDİLDİ

16.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirməyi hədəfləyən yeni beynəlxalq layihəni elan edib. Avropa İttifaqının layihəsi Orta Dəhliz kimi tanınan nəqliyyat marşrutu boyunca inkişaf etdiriləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu layihə Cənubi Qafqaz və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə - sözdə Orta Dəhlizlə birləşdirəcək". 

Avropa Komissiyası prezidentinin sözlərinə görə, Aİ layihənin inkişafı üçün “Qlobal Gateway” proqramı vasitəsilə 12 milyard avroya qədər dövlət və özəl investisiya cəlb etməyi gözləyir.

"Məqsədimiz marşrutları şaxələndirmək və yük daşıma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır", - fon der Leyen deyib.

Orta Dəhliz Çin və Avropa arasında Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən nəqliyyat marşrutudur. 

Onun inkişafı Asiya və Avropa arasında alternativ ticarət yollarının genişləndirilməsinin yolu kimi qəbul edilir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью