Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür.
AZƏRTAC xəbər verir ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır.
Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub.
1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiya da əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.