12 qəpiyə satıb, 20 qəpiyə aldığımız nə yumurtasıdır? MÜƏMMA

18.08.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bu ilin ilk yarısında Azərbaycandan xaricə ümumi dəyəri 1 milyon 352,53 min dollar olan 18 milyon 703,44 min ədəd toyuq yumurtası ixrac edilib. 

İxrac olunan yumurta yalnız bir ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndərilib. BƏƏ-yə ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 7,2 sent (12,3 qəpik) olub. 

Qeyd edək ki, eyni dövürdə Azərbaycana Belarusdan 44,92 min dollar dəyərində 386,4 min ədəd yumurta idxal edilib. Belarusdan idxal olunan bir ədədinin orta gömrük dəyəri 11,6 sent (19,8 qəpik) olub. 

Onu da bildirək ki, bu ilin iyul ayında Azərbaycanın daxili bazarında bir ədəd yerli yumurtanın orta pərakəndə satış qiyməti 18 qəpik təşkil edib. Maraqlıdır, yerli istehsal məhsulunu 12 qəpyə ixrac ediriksə, idxal olunan yumurtanı niyə 20 qəpiyə alırıq? 

Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, Belarusda o qiymətə yumurta yoxdu: 

“Belarusdan gətirilən damazlıq yumurtadır və yaxud damazlıq yumurtanı süfrə yumurtası adı altında gətiriblər. Ölkədə kifayət qədər ucuz yumurta istehsalı var. 

Hazırda ölkədə yumurtanın topdansatış qiyməti 12-14 qəpikdir. Xaricə də 12 qəpiyə satırıq. Ancaq 20 qəpiyə burada gətirib satılması mümkün deyil. Onu kimin alacağı sual doğurur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: yumurta Mürvət Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью