Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son aylarda təyyarə qəzaları ilə bağlı xəbərlər cəmiyyətimizdə narahatlığa səbəb olub.
Az qala hər gün hansısa ölkədə təyyarə qəzasının olması ilə bağlı informasiyalar rastımıza çıxır.
Bu da Azərbaycan cəmiyyətində təyyarə qəzalarının artması ilə bağlı fikirlər formalaşdırıb.
Hər nə qədər təyyarə ictimai nəqliyyat növləri arasında ən təhlükəsizi hesab edilsə də, baş verən qəzalar kütləvi ölümlə nəticələnə bilir.
Ölkə.Az son 5 ildə (2020, 2021, 2022, 2023, 2024) dünyada çox sayda insanın ölümü ilə nəticələnən əksəriyyəti böyük mühərrikli mülki olmaqla təyyarə qəzalarını və onların səbəblərini araşdırıb.
2020-ci ildə baş verən çox sayda təyyarə qəzalarından 3-ü kütləvi ölümlə nəticələnib.
2020 7 avqust 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən Dubay Beynəlxalq Hava Limanından Hindistanda yerləşən Kozhikode Beynəlxalq Hava Limanına gedən Hindistana məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.