12 saat əməliyyat olunan millət vəkili necədir?

17.04.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) ötən gün əməliyyat olunan deputatı Sırrı Sürəyya Öndərin son vəziyyəti açıqlanıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı onun əməliyyat olunduğu xəstəxana ictimaiyyətlə paylaşıb. Siyasətçinin müalicəsinin yaxşı getdiyi açıqlanıb: 

"Sırrı Sürəyya Öndər müalicələrimizə yaxşı cavab verir. Təzyiqi və qan dövranı dünənə görə daha yaxşıdır. Proses uzundur, gözləyəcəyik. Reanimasiya prosesi davam edir".

Xatırladaq ki, infarkt keçirən millət vəkili ötən gün əməliyyat olunub. Əməliyyat 12 saat davam edib. 

Elmir Mustafa 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью