12 saylı həbsxanada qəribə olay: dam örtüyü uçub, bir dustaq xəsarət alıb

01.06.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.

Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью