12 tibb işçisinin ölümü ilə nəticələnən hücumu pisləyirik Qebreyesus

16.11.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru edros Adhanom Qebreyesus Livanın mülki müdafiə mərkəzinə hücumu pisləyib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, “X”də paylaşım edib.

“Biz Livanın Baalbek bölgəsindəki Doureş kəndindəki mülki müdafiə mərkəzinə ən azı 12 tibb işçisinin ölümü ilə nəticələnən hücumu pisləyirik. Səhiyyə obyektlərinə hücumlar münaqişələrdə yeni normaya çevrilir. Bu, hər yerdə dayandırılmalıdır", - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью