12 yaşlı oğul anasına görə atasını bıçaqladı

30.08.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə azyaşlı oğlan atasını bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Adıyaman şəhəri, Yeni Məhəllə adlanan ərazidə qeydə alınıb.

Burada yaşadıqları evdə H.T. və arvadı G.T. arasında mübahisə yaşanıb. Daha sonra ər arvadını döyməyə başlayıb. Anasının döyüldüyünü görən 12 yaşlı A.B.T. mətbəx bıçağı ilə atasının bədəninin müxtəlif yerlərinə çoxsaylı xəsarətlər yetirib. Bu zaman hadisəyə müdaxilə edən ananın da əli kəsilib.

Yaralı kişi xəstəxanaya aparılıb, həyati təhlükəsi olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью