Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Türkiyədə 12 yaşlı qız infarktdan ölüb. Hadisə Malatya şəhərində baş verib.
Metbuat.az yerli KİV-ə istinadla xəbər verir ki, 12 yaşlı Sude Demirci orta məktəbin 7-ci sinif şagirdi olub. O, tənəffüs zamanı infarkt keçirib. Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.