12 yaşlı qıza əxlaqsız hərəkətlər edən 66 yaşlı azərbaycanlı HƏBS OLUNDU

18.02.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan əsilli qocaya qarşı cinsi zorakılıq maddəsi ilə cinayət işi başlanıb. 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburq sakini qızının naməlum şəxs tərəfindən təzyiqə məruz qalması barədə polisə müraciət edib.

Sankt-Peterburq sakini 3 gün əvvəl hadisə ilə bağlı polisə məlumat verib. Qadının sözlərinə görə, fevralın 9-da Korablestroiteley küçəsindəki fitnes klubunun hamamında naməlum şəxs onun 12 yaşlı qızına toxunub.

Əməliyyatçılar şübhəli şəxsi Staro-Peterqofski prospektindəki evində saxlayıblar. 

Xüsusi təcridxanada 66 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью