12 yaşlı qızlara təcavüz edən 63 yaşlı məşqçi saxlanıldı

17.01.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərində atletika üzrə əməkdar məşqçi saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, 12 yaşlı qızlara təcavüz etməkdə şübhəli bilinir. Məlumata görə, 63 yaşlı məşqçi qızları öz evinə gətirərək orada onlara əxlaqsız hərəkətlər edib.

Hazırda üç zərərçəkənin şəxsiyyəti müəyyən edilib. Yüngül atletika üzrə məşqçi 2012 və 2011-ci il təvəllüdlü qızları öz mənzilinə apararaq onlara qarşı nalayiq hərəkətlər edib.

Qeyd olunur ki, həmin şəxs barəsində cinayət işi başlanıb, o, hazırda həbsdədir. Müstəntiqlər cinayətkarın digər qurbanlarının kimliyini müəyyənləşdirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью