120 il yaşamaq istəyir

02.10.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə 120 yaşına qədər yaşamağı planlaşdırdığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rio-de-Janeyroda çıxış edən prezident 120 yaşına qədər yaşamaq və ölkənin siyasi həyatında iştirakı davam etdirmək niyyətində olduğunu açıqlayıb.

O, nikbin fikirlərini bölüşməklə yanaşı, tərəfdarlarını 70 yaşdan yuxarı vətəndaşları səsvermədə iştirak etməyə təşviq etməyə çağırıb və qeyd edib ki, Braziliyada bu yaş qrupu üçün səsvermə məcburi deyil, könüllü xarakter daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью