120 işıq ili uzaqlıqda yadplanetlilərin həyat izləri tapıldı VİDEO | Icma.az
Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qeyd edilib ki, elm adamlarının araşdırmalarının nəticələri "Astrophysical Journal"da dərc edilib.
Alimlər kosmosun dərinliklərində qalaktikamızın əkizini aşkar ediblər Qeyd edilib ki, Kembric Universitetinin rəhbərlik etdiyi araşdırmada astronomlar "James Webb" kosmik teleskopunun topladığı məlumatlardan istifadə ediblər.
Teleskop kosmosun dərinliklərində yerdən kənar həyatın mövcudluğunu göstərən molekulların - dimetil sulfid (DMS) və dimetil disulfidin (DMDS) kimyəvi izlərini müəyyən edib.
"Yer üzündə bu molekullar yalnız canlı orqanizmlər, ilk növbədə mikroblar tərəfindən sözün həqiqi mənasında istehsal olunur", - elm adamları deyiblər.
Qeyd edilib ki, molekullar Yerdən təxminən 124 işıq ili uzaqlıqda yerləşən K2-18b ekzoplanetinin atmosferində aşkar edilib.
Tural Tağıyev AzVision.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu