120 MİN bitkoin OĞURLADI, həbs edildi DETALLAR

15.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ-də indiyə qədər ən böyük kriptovalyuta oğurluğundan birinin əldə etdiyi gəlirləri yuyan haker 5 il həbs cəzasına məhkum edilib. 

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İlya Lixtenşteyn ötən il 120 min bitkoin oğurladığını etiraf edib.

O, oğurlanmış kriptovalyutaları "Razzlekhan" təxəllüsü ilə hip-hop musiqisini təbliğ edən həyat yoldaşı Hizer Morqanın köməyi ilə yuyub.

2022-ci ilin fevralında həbs olunduqdan sonra  Lixtenşteyn əməlinə görə peşman olduğunu bildirib.

O, həmçinin cəzasını çəkdikdən sonra kibercinayətkarlıqla mübarizədə bacarıqlarından istifadə edəcəyinə ümid etdiyini bildirib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью