1200 rubla satılan Çin arağı...

09.03.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bu arada Belarusun paytaxtı Minskdəki mağazalarında müştərilər rəflərdə “astronomik” qiymətə Çin arağı görüblər. Onun qədim Çin texnologiyası ilə istehsal edildiyi, yarım litrlik şüşənin qiymətinin isə 1200 rublu keçdiyi iddia edilir. SİA-nın məlumatına görə, “Toçka” nəşri buna diqqət çəkib.

...Qiymət etiketinə görə, spirtli içkinin gücü 53 faiz təşkil edir. Nəşr qeyd edir ki, qeyri-adi araq öz adını Çinin cənub-qərbindəki Quizhou əyalətinin dağlıq bölgəsində yerləşən Maotai şəhərinin şərəfinə alıb.

Bu şəhərin sakinlərinin yarısı, 3,5 min nəfəri bu məhsulun istehsalı ilə məşğuldur. Eyni zamanda, onlar iddia edirlər ki, içkinin resepti 2 min ildir dəyişməz qalıb.

İçkinin istehsal prosesi mürəkkəbdir və 5-6 il çəkir.

Taxıllar fəsiləsindən olan yerli buğda və sorqodan hazırlanır. Bu zaman dağ çayının suyundan istifadə edilir. Həmçinin istehsalın sirləri arasında xüsusi temperatur rejimi, rütubətli iqlim və torpaq var.

Bu içki ilk dəfə 1915-ci ildə Panamada keçirilən Ümumdünya Sərgisinə gətirilən zaman xarici bazara çıxıb. Bu gün araq 100-dən çox ölkəyə ixrac olunur.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью