12,1 milyon dollar qiyməti olan unitaz hərraca çıxarılıb

19.11.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


18 karatlıq qızıldan hazırlanmış unitaz hərraca çıxarılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, italyan Mauritsio Cattelan tərəfindən hazırlanmış 100 kiloqramlıq unitaz hərracda 12,1 milyon dollara satılıb .
Qeyd edək ki, Cattelan, iki belə unitaz yaradıb. Lakin 2019-cu ildə onlardan biri İngiltərənin Oksfordşir bölgəsindəki Blenheim sarayında onun sərgisindən oğurlanıb.
Onu da qeyd edək ki, Cattelan 2024-cü ildə Sotheby's-də 6,2 milyon dollara hərraca çıxarılan divara yapışdırılmış banan şəklində sənət obyekti ilə tanınır.
Cavid
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью