125 illiyini qeyd edən Milan klubu Cenoa ilə görüşə retro formalarla çıxacaq

05.12.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Milan" yaranmasının 125 illiyini dekabrın 15-də xüsusi qeyd edəcək.

Oxu.Az xəbər verir ki, həmin gün "rossoneri" A seriyasının 16-cı turu çərçivəsində "Cenoa"nı qəbul edəcək.

"Milan"ın oyuna sponsor loqoları və futbolçu adlarının olmayacağı uzunqol retro formalarda çıxacağı bildirilir.

Qeyd edək ki, komanda yubileyi ərəfəsində 7 oyunluq məğlubiyyətsiz seriyaya malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью