13 16 il həbsləri tələb edildi

08.06.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Toplum TV” işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, hər birinə ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməlidir.

Xəbəri rus dilində oxuyun: Алескеру Мамедли грозит 15 лет: прокурор запросил срок

Aкif Qurbanov və Ruslan İzzətlinin 16, Ələsgər Məmmədli və Əli Zeynalovun 15, Müşfiq Cabbarov, İlкin Əmrahov, Ramil Babayevin 14, Fərid İsmayılov və Elmir Abbasovun isə 13 il müddətinə azadlıqdan məhrum edilmələri istənilib.

Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью