13 bank SWIFT dən ayrıldı

24.02.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) 16-cı sanksiya paketi çərçivəsində Rusiya bank sektorunda mühüm hesab edilən 13 bankı SWIFT beynəlxalq ödəniş sistemindən ayırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Xatırladaq ki, Avropa İttifaqı 16-cı sanksiya paketi çərçivəsində 8 Rusiya mediasının Avropada yayımını da dayandırıb.

Aİ Şurasının bəyanatında bildirilir ki, bu media qurumlarının Aİ ərazisində fəaliyyət lisenziyaları ləğv edilib.

Qadağa tətbiq edilən media platformaları:

•    "Eurasia Daily"
•    "News Front"
•    "SouthFront"
•    "RuBaltic.ru"
•    "Lenta.ru"
•    "Zvezda" telekanalı
•    Strateji Mədəniyyət Fondu

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью