13 brend mağaza Rusiya bazarına qayıdır

03.12.2024

Anews saytına istinadən Icma.az xəbər verir.

Yaxın gələcəkdə Rusiyanın pərakəndə satış bazarına yeddi Avropa brendi olmaqla daha 13 beynəlxalq brend daxil ola bilər. Bu barədə CORE.XP konsaltinq şirkətinin baş direktoru Marina Malaxatko bildirib.

Onun sözlərinə görə, bu şirkətlərdən 10-u geyim, ayaqqabı və aksesuar satışı üzrə ixtisaslaşın.

"Maraqlıdır ki, Rusiyaya daxil olmağı planlaşdıran 13 brenddən 7-si Avropa ölkələrinin nümayəndələridir", - Malaxatko vurğulayıb.

Şirkətlər tranzaksiyaların təsdiqi prosesində məxfiliyi qoruyurlar ki, bu da yeni oyunçuların daxil olmasını proqnozlaşdırmaq imkanlarını azaldır, eyni zamanda  Rusiya Federasiyasında yeni şirkətlərin ümumi sayının son iki ilin səviyyəsində qalacağı gözlənilir. O qeyd edib ki, söhbət 25 brenddən gedir.

 CORE.XP nümayəndəsi əlavə edib ki, kiçik ailə brendləri bazara maraq göstərir.

Bundan əvvəl Rusiyanın Ukraynaya hücumu nəticəsindən sonra dünyanın bir çox brend mağazaları Rusiya bazarını tərk etmişdi.

Aytac 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью