13 cüdoçumuz Avropa Kubokunda çıxış edəcək

03.08.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

8–9 avqust tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 cüdoçu (4 oğlan, 9 qız) ilə təmsil olunacaq.

Kollektivə qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 34 ölkədən 346 idmançı (229 oğlan, 117 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

48 kq

Nərgiz Əhmədova

Gülşən Hüseynova

Gülgəz Musayeva

52 kq

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Vüsalə Hacıyeva

Aytən Verdiyeva

Xədicə Qədəşova

63 kq

Nilgün Rzayeva

Oğlanlar

73 kq

Kənan Hüseynov

100 kq

Davud Namazlı

Canpolad Əliyev

Vidad Əliyev

Avropa Cüdo Ümidləri Turniri: İlk qaliblər bəlli oldu Rüstəm Orucov: “Belə təşkilatçılığa nadir hallarda rast gəlinir” Natiq Bağırov: “Bu turnir gənc cüdoçular üçün böyük fürsətdir” Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib Avropa Cüdo Ümidləri turnirinin püşkatma mərasimi keçirilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью