Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Hind toyuğunu ilk dəfə əhliləşdirən insanlar onu qida kimi istifadə etməyə başlamazdan əvvəl düz 1300 il boyunca yalnız saxlayıb bəsləyiblər.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın cənub-qərbində yaşayan qədim Pueblo xalqları eramızdan əvvəl 200-cü illərdə hinduşkaları əhliləşdirmişdilər.
2010-cu ildə sümüklər üzərində aparılan qədim DNT araşdırmaları bu quşların insanlar tərəfindən qapalı məkanlarda saxlanıldığını, xüsusi qulluq göstərildiyini və seleksiya yolu ilə yetişdirildiyini üzə çıxarıb. Həmin dövrə aid tullantı yerlərində külli miqdarda hind quşu qalıqları tapılsa da, üzərində diş izləri olan sümüklərə demək olar ki, rast gəlinməyib.
Əti üçün deyil, yorğan hazırlamaq üçün saxlanılırdı
Araşdırmalara görə, yerli xalqların əsas məqsədi hind quşunun əti deyil, lələkləri olub. Tək bir yorğan (örtük) hazırlamaq üçün təxminən 11 min 500 ədəd lələk tələb olunurdu. Bu lələklər yukka bitkisindən əldə edilən liflərlə birgə bükülərək birləşdirilir və yüksək dağlıq səhraların soyuq gecələrində ailələrin isinməsini təmin edirdi. Hind quşları qarğıdalı ilə bəslənir, lələkləri toplanır və öldükdə isə əksər hallarda bütöv şəkildə torpağa basdırılırdı.
Hind quşu yalnız 1100-cü illərdə insanların rasionuna daxil olmağa başlayıb. Həmin dövrdə əhali sayı o qədər artmışdı ki, bölgədəki marallar artıq hamıya çatmırdı. Beləliklə, hind quşu məhz maral əti tükəndikdə məcburiyyətdən yeyilən alternativ qidaya çevrildi.
1621-ci ilin payızında Plimutda baş verənlər də oxşar mənzərəni əks etdirir. Həmin günlərə aid şahid məktubunda quş ovlamağa göndərilən dörd nəfərdən və ardınca özləri ilə beş maral gətirən 90 yerli Vompanoaq qəbiləsi üzvündən bəhs edilir. Şənliyə yüzlərlə kiloqram qırmızı ət gətirilmişdi və həmin süfrədəki heç kim hind quşunu günün əsas yeməyi hesab etmirdi.
Lakin sonradan bu quşlar süfrələrin bəzəyinə çevrildi. Bu gün ABŞ-də hər il təxminən 46 milyon hind toyuğu bişirilir.
Bizim.Media