Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulun Beylikdüzü rayonunda yaşayan 42 yaşlı Sibel Yiyin estetik əməliyyatdan bir neçə saat sonra həyatını itirib. Hadisə Esenyurtdakı özəl xəstəxanaların birində baş verib. Məlumata görə, qadın cəmi 13 gün əvvəl eyni xəstəxanada qarın gərmə əməliyyatı keçiribmiş. Dünən isə üz gərmə əməliyyatı üçün yenidən bıçaq altına yatıb.
Demokrat.az xəbər verir ki, saat 15.00-da başlayan əməliyyat iki saat sonra başa çatıb. Lakin əməliyyatdan qısa müddət sonra gənc qadının nəfəsi kəsilib və o, komaya düşüb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, reanimasiyada ürəyi dayanan Sibel Yiyini xilas etmək mümkün olmayıb. Ailəsi övladlarının ölüm xəbərini yalnız axşam saat 22.00-da alıb. Ölümü şübhəli hesab edən ailə üzvləri xəstəxanadan prokurorluğa şikayət ediblər.
Atası Murad Yiyin xəstəxananı ciddi səhlənkarlıqda ittiham edir. Onun sözlərinə görə, qızının yüksək təzyiq problemi olub və çantasından təzyiq dərmanları çıxıb. Ata bildirib ki, cəmi 10 gün fərqlə bir insana iki dəfə yüksək dozada narkoz verilməsi qəbulolunmazdır. Üstəlik, xəstəxana əməliyyatdan əvvəl ailəyə məlumat verməyib, heç bir yaxınının telefon nömrəsini və ya ünvanını almayıb.
Həkimlər ailəyə qadının əməliyyatdan sonra ayıldığını və onlarla danışdığını iddia etsələr də, ata buna inanmır. "İnsan dişini çəkdirəndə danışa bilmir. Üzündə 30 santimetrlik kəsik olan adam əməliyyatdan dərhal sonra necə danışa bilər? Bu, sadəcə özlərini qorumaq üçün dedikləri yalandır" deyə acılı ata qeyd edib. Hazırda prokurorluq faktla bağlı araşdırma aparır, meyit isə ekspertizadan keçirilmək üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, saat 15.00-da başlayan əməliyyat iki saat sonra başa çatıb. Lakin əməliyyatdan qısa müddət sonra gənc qadının nəfəsi kəsilib və o, komaya düşüb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, reanimasiyada ürəyi dayanan Sibel Yiyini xilas etmək mümkün olmayıb. Ailəsi övladlarının ölüm xəbərini yalnız axşam saat 22.00-da alıb. Ölümü şübhəli hesab edən ailə üzvləri xəstəxanadan prokurorluğa şikayət ediblər.