13 il, 80 ci qol

20.02.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

13 il, 80-ci qol

1-ci iqanın başa çatan 15-ci turu yubiley qolu ilə əlamətdar olub.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, “Baku Sportinq”in futbolçusu İlham Allahverdiyev 1-ci liqada (əvvəlki 1-ci divizionda) 80-ci qolunu vurub.

O, “Cəbrayıl”la səfər görüşünün (2:1) 22-ci dəqiqəsində hesabı açıb. 33 yaşlı hücumçu 80-ci qolunu 203-cü oyununda vurub.

İlham I Liqada 2012/13 mövsümündə “Qaradağ Lökbatan”ın heyətində debüt edib. İlk qolunu isə növbəti mövsümdə elə eyni komanda da vurub.

Forvard paytaxt təmsilçisində daha çox – 30 dəfə fərqlənib. İlham “Şəmkir”də 9, MOİK-də 24, “Difai”də 9, “Baku Sportinq”də 8 qola sevinib.

Qeyd edək ki, Allahverdiyevin ilk qolunu vurduğu 2013/14 mövsümündən indiyədək olan dövrdə yalnız bir futbolçu I Liqada daha çox fərqlənib. Bəhruz Teymurov bu müddətdə 94 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью