Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Yeni Sabah"a DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Toyuqlu pizza
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.