13 ildən sonra ilk Türkiyədən Suriyaya... FOTO

23.01.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Türk Hava Yolları (THY) 2012-ci il aprelin 1-də ölkədəki daxili iğtişaşlar səbəbindən dayandırdığı Suriyaya uçuşları bu gün İstanbul-Dəməşq reysi ilə bərpa edib.

Bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu "TK 846" təyyarəsi Dəməşqə yola düşüb.

Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью